İŞİD-ə pul göndərən azərbaycanlı biznesmen həbs edildi

İŞİD-ə pul göndərən azərbaycanlı biznesmen həbs edildi
Hadisə 3636

 

Rusiyada İŞİD-ə pul göndərməkdə ittiham olunaraq tutulan azərbaycanlı 5 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti regional idarəsindən bildiriblər. Belə ki, Moskva dairə hərbi məhkəməsi terrorçulara kömək etməkdə təqsirli bilinən Lipetsk vilayətinin sakininə 5 il iş kəsib.

Azərbaycanlıya Rusiyanın Cinayət Məcəlləsinin 205.1 maddəsi (terror fəaliyyətinin maliyyələşdirilməsi) üzrə cinayət işi qaldırılıb. Saxlanılan şəxsə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilib.

Adı açıqlanmayan azərbaycanlı həbs cəzası ilə yanaşı 200 min rubl (4 min 580 AZN) də cərimə olunub. 

BAKU.WS

Oxşar xəbərlər

Rusiyada azərbaycanlı həbs olundu

Rusiyada azərbaycanlı həbs olundu

Rusiyada Azərbaycan vətəndaşına hökm oxunub. BAKU.WS anspress-ə istinadən məlumat verir ki, Voronej vilayətində məhkəmənin qərarı ilə həmyerlimiz 9 il 4 ay müd...

1006 Hadisə 10:52 26 mart 2016

Son xəbərlər