Rusiyada azərbaycanlı həbs olundu
Rusiyada Azərbaycan vətəndaşına hökm oxunub.
BAKU.WS anspress-ə istinadən məlumat verir ki, Voronej vilayətində məhkəmənin qərarı ilə həmyerlimiz 9 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. 38 yaşlı F. Ələkbərovun dəmir barmaqlıqlar arxasına salınmasına səbəb onun narkotik vasitələrin satışında ittiham edilməsi ilə bağlıdır.
Vilayət prokurorluğunun məlumatına görə, həmyerlimiz cinayəti ötən il törədib. Belə ki, ittiham edilən şəxs Moskvadan Voronejə narkotik vasitələrin aparılması üçün ona edilən təkliflə razılaşıb və ona əmanət edilən məhsulu Voronejə gətirib. Elə həmin gün-iyulun 11-də Ələkbərovun avtomobili Voronej Vilayətinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı oradan bir kiloqrama yaxın heroin və xeyli miqdarda digər narkotik vasitələr aşkar edilib.
Təqsiri sübuta yetirilən Ələkbərov cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kriminal avtoritetə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Etibar Baxışzadənin cinayət işi üzrə məhkəməsi başa çatıb....