Azərbaycan həbsxanasındakı gey: "Mənə kişilərin içində çox çətindir"

Azərbaycan həbsxanasındakı gey: Mənə kişilərin içində çox çətindir
Sosial 23840

Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinərək həbs edilən Türkiyə vətəndaşı Yıldız Suatın ölkəsinə ekstradisiya olunması məsələsinə baxılıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda ölkəsinə göndərilməsini istəyən S.Yıldız məhkəmədən xahiş edib. 

"Mən geyəm. Bakıda həbsxanada, kişilərin arasında qalmaq çox çətindir. Öz ölkəmə getmək istəyirəm. Anam da xəstədir. Azərbaycanda olmaq mənə hər baxımdan pisdir".

Məhkəmədə qərar elan edilib. Qərara əsasən S. Yıldız  öz ölkəsinə eksradisiya ediləcək.

Qeyd edək ki,  S. Yıldız Azərbaycanda Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinərək həbs edilən və 10 il müddətinə azadlıqdan məhrum edilib. O öz ölkəsinə eksradiya edilməsi üçün müraciət edib.

 

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər