Əfv sərəncamının icrasına başlanıldı
25
may
2018
08:50
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” sərəncamının icrasına başlanılıb.BAKU.WS xəbər verir ki, sərəncam ümumilikdə 634 nəfərə şamil edilib.607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edilib. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunub.Əfv siyahısında 15 qadının adı var, onlardan 12 nəfəri bu gün azadlığa buraxılacaq (digərləri azadlıqda olanlardır).39 nəfər xarici vətəndaşın, o cümlədən Gürcüstan (11), Rusiya (4), Çin (5), İran (4), Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşlarının adları yer alıb. Bundan başqa, siyahıda vətəndaşlığı olmayan 3 nəfərin adı da var.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ləğv edilən cəza növü bərpa edilir
Azərbaycanda bir müddət əvvəl ləğv edilən cəza növü yenidən bərpa edilir.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin təqdima...