Rusiyada güclü yanğın zamanı 8 nəfər ölüb, 90 sakin təxliyyə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Yekaterinburq şəhərində yaşayış binasında güclü yanğın baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər ölüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın 30 kv/m sahəti əhatə edib. Xilasedicilər, doqquzu uşaq olmaqla, binadan 90 nəfəri təxliyyə ediblər.
“Ümumilikdə 90 nəfər (o cümlədən doqquz uşaq) təxliyyə olunub, onlardan 52 nəfəri əleyhqazların köməyi ilə xilas edilib. Şaxtalı hava şəraiti səbəbindən təxliyyə olunan sakinlər yanğınsöndürmə maşınlarına yerləşdirilib”, - məlumatda belə deyilir.
Yanğının səbəbi müəyyənləşdirilir.
Oxşar xəbərlər
"Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı SON XƏBƏR – VİDEO (YENİLƏNİB - 5)
Bakı şəhərinin Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.Bu barədə...