Rusiyada azərbaycanlı sahibkarlar saxlanıldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda dörd polis idarəsinin rəisləri korrupsiya əməllərinə görə saxlanılıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, daha sonra təhlükəsizlik qüvvələri adıçəkilən polis əməkdaşlarına rüşvət verən, aksizsiz spirtli içkilər və qaçaqmal siqaret satışı ilə məşğul olan Azərbaycandan olan sahibkarları saxlayıblar.
İstintaqın məlumatına görə, azərbaycanlı sahibkarlar qaçaqmalçılıq və tütün məhsulları satmaqda, habelə qanunsuz miqrantları işə cəlb etməkdə ittiham olunurlar.
Saxlanılan azərbaycanlılar Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov əvvəllər hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməkdə ittiham olunurlar.
Sahibkarlar barəsində sentyabrın 9-dək həbs qətimkan tədbiri seçilib.
Saxlanılan azərbaycanlılar təqsirlərini etiraf etməyiblər.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...