Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı vətənə qayıtdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.
BAKU.WS xəbər verir ki, bu barədə Report-a tələbənin atası Amin Abdullayev məlumat verib.
Belə ki, H. Abdullayev əvvəlcə Polşaya, oradan isə Macarıstan vasitəsilə Bakıya gəlib.
Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü. Bir həftə öncə isə Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi.
Qalereya
Oxşar xəbərlər
Ukraynada girov götürüldüyü iddia olunan azərbaycanlı gənc anası ilə danışıb - YENİLƏNİB
Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən 20 yaşlı neftçalalı tələbə Hüseyn Abdullayevi anası ilə danışdırıblar. BAKU.WS "report"a istinadən x...