Ukraynada girov götürüldüyü iddia olunan azərbaycanlı gənc anası ilə danışıb - YENİLƏNİB

Ukraynada girov götürüldüyü iddia olunan azərbaycanlı gənc anası ilə danışıb - YENİLƏNİB
Hadisə 270

Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən 20 yaşlı neftçalalı tələbə Hüseyn Abdullayevi anası ilə danışdırıblar.

BAKU.WS "report"a istinadən xəbər verir ki, tələbəni girov götürənlər bu səhər danışıqlarında onunla bağlı qərarlarını yaxın saatlarda bildirəcəklərini desələr də, sonradan komandanlığın əmrini gözlədiklərini deyiblər.

Tələbənin anası ağladığı üçün danışıq yarıda kəsilib.

***13:42

Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən neftçalalı tələbəni atası ilə danışdırıblar.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a tələbənin atası Amin Abdullayev məlumat verib.

"Mariupol Universitetinin 3-cü kurs tələbəsi olan oğlum - Abdullayev Hüseyn Amin oğlu bildirdi ki, sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə maskalı hərbçilər tərəfindən saxlanılıb.

Oğlumun telefonuna cavab verən şəxslər Qafqaz ləhcəsində, amma rus dilində danışırdılar. Hüseyni girov götürmüş şəxslər yaxın saatlarda şərtlərini açıqlayacaqlar".

***11:38

Neftçalalı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü iddia olunur.

BAKU.WS-in Report-a istinadla məlumatına görə, rayonun Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amin oğlu orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub.

Doğmalarının dediyinə görə, artıq üç ildir ki, universitet tələbəsi olan H.Abdullayev srağagün Mariupol şəhərində rus ordusunun əsgərləri tərəfindən girov götürülüb.

Hazırda tələbənin valideynləri və digər doğmaları çox narahatdır.

Onlar H.Abdullayevin xilas edilməsi üçün dövlət tərəfindən yardım istəyirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər