Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada azərbaycanlı jurnalist və məşhur "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı verilib.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında Rusiya İstintaq Komitəsinin nasizmin reabilitasiyası və tarix saxtakarlığı ilə bağlı cinayətləri araşdıran şöbəsinin rəhbəri Aleksandr Pastuxov məlumat verib.
Onun sözlərinə görə, Rövşən Əsgərov beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi Əsgərovu xarici agent kimi tanıyıb, həmçinin o, Rosfinmonitorinqin terrorçu və ekstremist siyahısına daxil edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...