Ərini başqa qadınla görən qadın qan tökdü, ərini çörək bıçağı ilə bıçaqladı (VİDEO)
29
avq
2017
15:39
Türkiyənin Pamukkale qəsəbəsində gözlənilməz hadisə baş verib. BAKU.WS-in məlumatına görə, həyat yoldaşını küçədə gedərkən başqa qadınla görən qadın aləmi bir-birinə vurub. Əri ilə boşanacağı deyilən qadın tərk edildiyi üçün qəzəblənib. Həyat yoldaşını küçədə başqa qadınla görən arvadb çörək bıçağını çantasından çıxarıb və ərini çiynindən bıçaqlayıb. Ər-arvadın mübarizəsi bir müddət davam edərkən, ətrafdakı vətəndaşlar hadisəni təəccüblə izləyib. Yaralı kişi qadının əlindən qaçıb digər küçədə gizlənib. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb edilib. Yaralılar ilk müdaxilədən sonra Dənizli Dövlət Xəstəxanasına aparılıb. BAKU.WS
Oxşar xəbərlər
Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ
Bakıda körpə ölüb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən xəstəxanada qeydə alınıb. Sabirabad rayon sakini olan 1...