Restoran rəhbəri xanım ofisantı döydü, həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 265 ünvanında yerləşən "Sarf" adlı restoranın icarədarı ofisiantı döyüb.
BAKU.WS Qaynarinfo.az-a istinadla xəbər verir ki, restoran işlədən İ.Fərid adlı sahibkar Samirə adlı xanım ofisantı döyməkdə ittiham edilib.
Belə ki, sahibkar restoranda Samirənin Tiktok sosial şəbəkəsində canlı yayım açdığını görüb. O, ofisant xanıma əsəbləşib və "sən sabahdan istirahətdəsən" deyib. Hadisənin səhəri günü Samirə gündəlik 20 manat əmək haqqısını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu xanım işçisinin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara "haram xoşun olsun" deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirənin üstünə hücum edərək onu təhqir edib. Daha sonra sahibkar xanım ofisantın üzünə qapını çırparaq, yumruqla baş nahiyəsinə zərbə vurub.
Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.
Məhkəmənin qərarı ilə Fərid Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...