Məşhur meyxanaçılar Rəşad Dağlıdan danışdılar - YENİLƏNİB - VİDEO

Məşhur meyxanaçılar Rəşad Dağlıdan danışdılar - YENİLƏNİB - VİDEO
Video
Hadisə 15035

Məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 5 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Baku TV-yə Rəşad Dağlı haqqında danışan meyxanaçılar onun səbirli, dürüst insan olduğunu deyib.

“Qətlə yetirdiyi şəxslə aralarında nə baş verdiyini deyə bilmərəm”, - deyə meyxanaçı Ağamirzə Məmmədov qeyd edib.

***11:07

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi şəxslə bağlı bəzi detallar məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən İskəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.

O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

***08:49

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb.

Son xəbərlər