Reanimasiyada olan aktyorun həyat yoldaşı: "Hələ də komadan ayılmayıb"

Reanimasiyada olan aktyorun həyat yoldaşı: Hələ də komadan ayılmayıb
Hadisə 159

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti stabil-ağır olaraq qalır.

BAKU.WS xəbər verir ki, bu barədə Teleqraf-a aktyorun həyat yoldaşı Nəzifə Mirzəliyeva məlumat verib.

"Hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Saturasiyası və təzyiqi normaldır. Amma komadan ayılmayıb.

Süni tənəffüs apartına qoşulub, vəziyyəti ağırdır. Həkimlər də komadan ayılmadığına görə hələ heç bir fikir bildirə bilmirlər", - deyə aktyorun həyat yoldaşı deyib.

Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb. İddiaya görə, hadisə ailə mün...

51 Hadisə 19:19 19 sentyabr 2026

Son xəbərlər