"Real Madrid"in sabiq futbolçusu öldü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vaxtilə "Real Madrid" futbol klubunda forma geyinmiş kolumbiyalı futbolçu Fredi Rinkon xəstəxanada ölüb.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, 55 yaşlı keçmiş futbolçu aprelin 11-də dəhşətli yol qəzası keçirmişdi. Onun başından çoxsaylı zərbələr aldığı və vəziyyətinin ağır olduğu bildirilirdi.
"Rinkona bütün gücümüz və sevgimizlə cəsarətimizi göndəririk", - deyə "Kral klubu" qəza günü mesaj yayımlamışdı.
Qeyd edək ki, Rinkonun idarə etdiyi avtomobil avtobusla toqquşmuşdu. Qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 4 nəfər xəsarət almışdı.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...