Ərdoğanın qaldığı hotelə hücum edən 9 hərbçi tutulub

01
avq
2016
09:12
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Mərmərədə qaldığı otelə hücum edən qiyamçı hərbçilərdən daha 9-u saxlanılıb.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, 2 nəfərin axtarışları davam edir.
Hərbçilərin Muğla vilayətində yaxalandığı bildirilir. Qeyd edək ki, ötən həftə Muğla vilayətində Ərdoğanın qaldığı otelə hücum edən 7 hərbçi yaxalanmışdı.
BAKU.WS

Oxşar xəbərlər
Ərdoğan qiyamçıların əlindən necə xilas oldu (ŞOK TƏFƏRRÜATLAR)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi çevrilişə cəhd edən hərbçilərin gəlişindən cəmi yarım saat əvvəl Marmarisdə qaldığı oteli tərk edib. Virtualaz.org...