Ərdoğanın qızı nişanlandı (FOTO)
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan nişanlandı.
BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sümeyyə Ərdoğanla Səlcuq Bayraqdarın nişanı İstanbul "Tarabya” köşkündə iki ailə arasında keçirilən sadə mərasimlə baş tutub.
Nişan mərasimində, bir həftə əvvəl səhhətində yaranmış nasazlıq səbəbindəın xəstəxanaya aparılan Səlcuq Bayraqdarın atası Özdəmir Bayraqdar da iştirak edib. Dünən günortadan sonra başlayan mərasimə jurnalistlər buraxılmayıb.
Nişandan əvvəl isə "Tarabya” köşkünün ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Sümeyyə Ərdoğanın nişan mərasimi ötən həftə üçün nəzərdə tutulsa da kürəkənin atası Özdəmir Bayraqdarın qəflətən infarkt keçirərək xəstəxanaya aparılması səbəbindın təxirə salınmışdı.
Sümeyye Erdoğan prezidentin 4 övladından biridir. O, 1985-ci ildə anadan olub. 2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatında çıxan xəbərlərdən məsul şəxsi qismində çalışır.
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğanın Bakı səfəri təxirə salınmayacaq (RƏSMİ)
"Paytaxt Ankara şəhərində terror törədilməsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana martın 15-nə nəzərdə tutulan səfəri gündəlikdə...