Ramiz Quliyevin oğlu: "Vəziyyəti yaxşılığa doğru gedirdi"
Mərhum Xalq artisti Ramiz Quliyevin oğlu Ramiz Quliyev atasının vəfatından danışıb.
BAKU.WS xəbər verir ki, o Baku TV-yə açıqlamasında bildirib ki, atasının səhhətinin yaxşılaşacağına ümid ediblər:
"Son dövlər səhhətində xroniki problemlər yaranmışdı. Bir neçə il əvvəl işemik insult keçirmişdi. Hazırda isə böyrək çatışmazlığından əziyyət çəkirdi. Ümidimiz var idi ki, yenidən bərpa olunacaq. Vəziyyəti yaxşılığa doğru gedirdi".
Xatırladaq ki, məşhur tarzən Ramiz Quliyev 78 yaşında vəfat edib.
O səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
Oxşar xəbərlər
Hövsanda nəzarətsiz ərazidə 13 yaşlı qız batıb
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb. Bu barədə BAK...