Ramiz Mehdiyevin köməkçisi 30 sutka həbs edildi - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub.
Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.
Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.
Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var.
Belə ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb.
***12.10
Daxili İşlər Nazirliyi (DİN) dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb:
“Hazırda məsələ barədə araşdırma aparılır”.
Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...