Qusarda yeniyetmə qızla intim münasibətdə olan gənc həbs edildi
Yanvarın 14-də Qusar rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan oğlan həbs edilib.
BAKU.WS Teleqraf.com-a istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirləndirilən 2006-cı il təvəllüdlü Murad Novruzbəyov (şərti) məhkəmə zalında həbs edilib.
Qusar Rayon Məhkəməsinin hökmü ilə o, bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, araşdırmalar zamanı Muradın 9-cu sinif şagirdi olan qızla sevgi yaşadığı və onu Qusarın kəndlərindən birində yerləşən evinə apardığı məlum olub.
Hazırlığa gedən yeniyetmənin valideynləri onun evə gəlmədiyini görərək polisə müraciət ediblər və beləliklə hadisənin üstü açılıb.
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
23.09.2026-cı il tarixində saat 12:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən ça...