Qubada sahibsiz it yeddi yaşlı uşağa hücum etdi - Köməyə gələnlər xəstəxanalıq oldular

Qubada sahibsiz it yeddi yaşlı uşağa hücum etdi - Köməyə gələnlər xəstəxanalıq oldular
Hadisə 66

Bu gün saat 12:20 radələrində Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 1970-ci il təvəllüdlü şəxsə (qadın cinsli) qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 1967-ci il təvəllüdlü şəxsə (qadın cinsli) isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin olunub.

Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

2018-ci il təvəllüdlü şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. 1967 və 1970-ci il təvəllüdlü şəxslər isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

***16:19

Quba rayonunda küçə iti üç nəfərə hücum edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun 2-ci Nügədi kəndində baş verib.

Belə ki, 7 yaşlı 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hüсum edib. Daha sonra uşağa köməyə gələn qadınlara da hücum edən it onları ayaq və əl nahiyəsindən dişləyib.

Həmin vaxt ərazidə olan yol polisi əməkdaşları it hücumuna məruz qalan yaralıları xidməti avtomobilləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər