Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib
Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət bərpa edilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.
O bildirib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri başa çatıb və yolda hərəkət tam bərpa olunub.
***
Qubada qaya parçaları yola düşüb. Hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.
Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub:
"Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq"- deyə məlumatda qeyd edilib.
*** 10:49
Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb.
Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Yolun açılması istiqamətində işlərə başlanılıb.
Oxşar xəbərlər
Yeni Günəşlidə "şəlalə" - İçməli su qayalığa fışqırır
Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" yaşayış massivi 29 ünvanında d110mm su xəttində baş vermiş qəzanın aradan qaldırılıb. Bu barədə BAKU.WS-ə Azərbaycan D...