Qubada linç edilən Elşadın atası: Oğlumu daşla, lomla, küt alətlərlə vurub öldürüblər - VİDEO
“Kəndin mərkəzində oğlumu daşla, lomla, küt ələtlərlə vurub öldürüblər”.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Quba rayonunun Tülər kəndində əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovun atası deyib.
Onun sözlərinə görə, hadisə gecə saat 1-2 radələrində verib:
“Mənim səhər xəbərim oldu. Dedilər ki, qonşuluqda olan gəlinlə qoşulub qaçıb. Bir-birini seviblər, çıxıb gediblər. Sonra əmim nəvəsigil onları Bakıdan tapıb gətiriblər. Kəndin mərkəzində xeyli adam döyərək öldürüb.
Evli olması ilə bağlı deyilənlər yalandır. Oğlumun 25 yaşı var, subaydır”.
Qeyd edək ki, qətlə yetirilən Elşad Əsədov artıq dəfn olunub.
BAKU.WSOxşar xəbərlər
Əmisi oğlunun arvadını qaçıran kişini döyüb öldürdülər - VİDEO
Azərbaycanda əmisi oğlunun həyat yoldaşını qaçıran gənc oğlan gəlinin qohumları tərəfindən tutularaq işgəncələrə məruz qalıb.BAKU.WS xəbər verir ki, bu barədə s...