Arvadı ilə cinsi əlaqəyə girən əmisi oğlunu öldürən kişi: "Əməlimdən peşmanam" FOTO
10
may
2018
12:18
Türkiyədə biabırçı hadisə baş verib.BAKU.WS "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Kahramanmaraş bölgəsində qeydə alınıb. Həmin ərazidə yaşayan Hasan Adıyaman əmisi oğlunu ov tüfəngindən atəş açaraq öldürüb. Hadisəyə səbəb qısqanclıq olub.Belə ki, H. Adıyaman əmioğlusu olan Hasan Mitileri arvadı ilə cinsi əlaqədə olduğu üçün qətlə yetirib. Uzun müddət H. Mitiler əmioğlusunun arvadı Sibel Cülfük ilə sevgili olublar. Onlar bir müddət əvvəl bir-birinə qoşulub qaçıb. Baş verənlərdən əsəbləşən H. Adıyaman haqq-hesab çəkmək qərarına gəlib. O, ov tüfəngini götürərək əmioğlusunu güllələyib.Hadisədən sonra polislər tərəfindən həbs edilən H.Adıyaman ifadəsində qətli bilərəkdən törətmədiyini deyib."Arvadım əmim oğluna qoşulub qaçmışdı. Məsələyə aydınlıq gətirmək üçün onunla görüşdüm. Tüfəngi də əmim oğlunu qorxutmaq üçün götürmüşdüm. Mübahisə zamanı əlim təsadüfən tətiyə dəydi və güllə açıldı. Əməlimdən peşmanam", - deyə Hasan Adıyaman bildirib.Məhkəmədə ifadə verən Sibel Cülfük ərinin günahsız olduğunu deyib:"Həyat yoldaşım günahsızdır. Hadisənin baş verməsində günahkar mənəm".Öldürülən H. Mitilerin qardaşı da məhkəmədə günahın qadında olduğunu deyib.BAKU.WSCavid Babayev
Oxşar xəbərlər
Hər kəsin gözü önündə cinsi əlaqəyə girdilər - BİABIRÇI GÖRÜNTÜLƏR - FOTO
İspaniyanın İbiza adasında sevgili cütlük ətrafdakı insanların çoxluğunu nəzərə almadan pikink üçün yerə sərilən döşəyin üstündə cinsi əlaqədə olublar.BAKU.WS M...