Qubada Bakı sakinindən "patı" aşkarlandı
13
sen
2021
10:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri sakini Orxan Əliyev saxlanılıb.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və güclü təsiredici maddə preqabalin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq aparılır.
Oxşar xəbərlər
Narkotik satan daha 14 nəfər ələ keçdi - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasi...