Qonşu davasında başına balta ilə vurdular - YARDIMLIDA

Qonşu davasında başına balta ilə vurdular - YARDIMLIDA
Hadisə 717
Yardımlı rayonunda qonşular arasında düşən dava sonda qanlı insidentlə nəticələnib. APA TV-nin cənub bürosunun məlumatına görə, Hadisə rayonun Urakəran kəndində baş verib.Qonşular arasındakı mübahisə zamanı həmin kənd sakini, 27 yaşlı Tural Təhməzov həmkəndliləri tərəfindən balta ilə vurulub. Balta yarası alan şəxs dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun xəsarətlərini baş, təpə və gicgah nahiyələrindən aldığı bildirilir. T.Təhməzovun vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.Hadisə ilə əlaqədar rayon polisi tərəfindən araşdırmalara başlanılıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər