Qohumlarını "ASAN xidmət"ə işə düzəltmək adı ilə aldadan qadının cəzası dəyişdirildi

Qohumlarını ASAN xidmətə işə düzəltmək adı ilə aldadan qadının cəzası dəyişdirildi
Hadisə 85

Şəki Apellyasiya Məhkəməsində "ASAN xidmət" mərkəzinə işə düzəltmək adı ilə qohumlarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnarə Behbudovanın barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qismən təmin edilib.

E.Behbudovanın barəsində olan Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə təyin edilən 4 il azadlıqdan məhrumetmə və 2 il azadlığın məhdudlaşdırılması cəzası birləşdirilərək o, qəti olaraq 4 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, E.Behbudova qohumundan 18 000 manat alaraq, onun qızını Şəki regional "ASAN xidmət" mərkəzində məlumat bürosunun əməkdaşı, kürəkənini isə həmin mərkəzdə nəzarətçi işinə düzəldəcəyinə söz versə də, əməl etməyib. E.Behbudova həmin məbləği geri qaytarmayıb.

Zərərçəkmiş şəxs məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra E.Behbudova saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Bakıda dönərxanada YANĞIN başlayıb

Bakıda dönərxanada YANĞIN başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, metronun "Sahil" stansiyasının yaxınlığında dönərxanada yanğın baş ver...

49 Hadisə 22:59 18 yanvar 2026

Son xəbərlər