Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov məhkəmə qarşısına çıxarılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Zaur Səmədov barəsində Yevlax Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Onun barəsində Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah tətbiq etməklə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Qeyd edək ki, rayonun İsmayılabad kəndində baş verən hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Hadisənin it döyüşündən sonra başlamış mübahisə zəminində törədildiyi bildirilib.
Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov 2023-cü ildə vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən həmin ilin dekabrında vəfat etmişdi.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.