Qış Parkının yanındakı yolda ÇUXUR - "Audi"nin təkərləri partladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda yolda yaranmış çuxur avtomobilin təkərlərini partladıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Qış Parkının yaxınlığında yerləşən yolun hərəkət hissəsində iri çuxur əmələ gəlib. Bu gün sözügedən çuxur səbəbindən hərəkətdə olan "Audi" markalı avtomobilin iki təkəri partlayıb. Hadisə zamanı sürücüyə maddi ziyan dəyib.
Zərərçəkən baş verənlə bağlı saytımıza məlumat verərək bildirib ki, yolun bu vəziyyətdə olması sürücülər üçün ciddi təhlükə yaradır. Onun sözlərinə görə, çuxur əvvəlcədən xəbərdaredici nişanlarla işarələnməyib.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.