Qəzaya düşən sürücü: "Maşın almaq asandır, yoldaşımı haradan alacam?" - VİDEO

17
noy
2022
16:01
Ötən gecə paytaxtın Nərimanov rayonu ərazisində 3 avtomobil toqquşub.
BAKU.WS apa tv-yə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prosbektində qeydə alınıb.
Qəza zamanı "Opel" markalı maşın mərkəzdə hərəkətdə olan "Daewoo" markalı nəqliyyat vasitəsinə, o da "BMW"yə çırpılıb.
Hadisə nəticəsində "Opel"də olan sərnişin xəsarət alıb. Sürücünün açıqlaması isə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb:
"Maşın, cəhənnəmə, əzilsin. Maşın almaq asandır, yoldaşımı haradan alacam?"
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alan var – FOTO
Bakının Nərimanov rayonu ərazisində üç avtomobil toqquşub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Famil Şirəli...
