Bakıda yenilənmiş OPEL salonu açılıb - FOTO/VİDEO

Bakıda yenilənmiş OPEL salonu açılıb - FOTO/VİDEO
Foto Video
Promo 7

İyulun 17-də Bakıda, Cahan Motors avtomobil salonunda dünyaca məşhur olan OPEL avtomobil brendinin yenilənmiş salonu açılıb. Sürücülərin yadındadır ki, paytaxtımızda əvvəllər də OPEL markalı avtomobillərin satıldığı salon var idi, lakin onun fəaliyyətinin dayandırmasında xarici amillərin səbəb olduğunu çox az adam bilir. Belə ki, bir müddət əvvəl qlobal avtomobil bazarında 4-cü yerində qərarlaşan STELLANTIS GROUP adlı nəhəng avtomobil konserni OPEL brendini digər avtomobil nəhəngi olan GENERAL MOTORS-dan alıb. Yaranmış prosessual məsələlərin həlli Azərbaycanda avtosalonun fəaliyyətinə də təsir edib. Nəhayət, bütün formal məsələləri razılaşdırdıqdan sonra Bakıda yenilənmiş OPEL, yenilənmiş avtosalonda tələbkar paytaxt ictimaiyyətinə ən yaxşı avtomobillərini nümayiş etdirir.

“Cahan Holdinq”in prezidenti Vüqar Abbasovun sözlərinə görə, yenilənmiş avtosalonun məqsədi Azərbaycan bazarına daha qənaətcil, daha komfortlu və texniki baxımdan daha mükəmməl olan yeni nəsil avtomobilləri tanıtmaqdır. Sürücülər üçün daha təhlükəsiz, tərəqqi və sabitliyi özündə ehtiva edən avtomobilləri.

Bu gün ölkənin şəhər və qəsəbələri surətli şəkildə dəyişir, küçə və magistral yollarda nəqliyyatın hərəkəti intensivləşir. OPEL avtomobillərində hər kəs özünü arxayın sürücü və xoşbəxt sərnişin kimi hiss edə bilər. Buna əmin olmaq üçün yalnız bir dəfə prestijli avtomobillərin salonuna baş çəkmək kifayət edər.

Qeyd edək ki, Babək prospektində Babək prospekti 21/99 ünvanda yerləşən salonda Azərbaycan bazarında təqdim olunan OPEL brendinin əsas modelləri ilə tanış ola bilərsiniz. 800 kvadratmetr sahəsi olan salonda eyni vaxtda 15-ə qədər avtomobil nümayiş etdirilir. Yaxınlıqda 2000 kvadratmetr sahədə yerləşən ən qabaqcıl avadanlıqla təchiz edilmiş texniki servis eyni vaxtda 20-yə qədər avtomobilə xidmət göstərməyə imkanına malikdir. Bu da çox önəmlidir ki, texniki xidmət mərkəzinin yüksək ixtisaslı texniklər aparıcı xarici mütəxəssislər tərəfindən təşkil olunmuş xüsusi təlimlər keçiblər. Yuxarıda qeyd olunanlarla yanaşı əlavə etmək lazımdır ki, indiki servis mərkəzinin yaxınlığında yeni servis mərkəzi tikilir ki, bu da yaxın gələcəkdə eyni vaxtda texniki xidmət göstərilən avtomobillərin sayını iki dəfə artıracaqdır.

Həm avtosalon, həm də texniki xidmət stansiyasının sahibi olan Cahan Motors şirkəti Cahan Holdinq şirkətlər qrupunun bir hissəsidir və bütün müştərilərinə etibarlı və keyfiyyətli xidmətə zəmanət verir.

Hal-hazırda Cahan Motors 5 müxtəlif brendin Azərbaycanda yeganə və rəsmi distribütorudur. Onların arasında OPEL lider mövqe tutur. Buna Opel markasının elektrikləşdirilməsi strategiyasının həyata keçirilməsi kömək edir. Məlumdur ki, 2024-cü ilə qədər Avropada bütün modellər elektrikləşdirilmiş versiyalara sahib olacaq və 2028-ci ilə qədər Opel tamamilə 500-dən 800 km-ə qədər pasport məsafəsi olan elektromobillərə keçəcək.

Ənənəvi yanacağın qiymətinin artması və enerjiyə qənaət edən texnologiyalara keçidlə əlaqədar Azərbaycan bazarı getdikcə daha çox elektriklə işləyən avtomobillərin idxalına yönəlib. Məhz bu amili nəzərə alaraq, şirkətin vitse-prezidenti Pərviz Abbasovun sözlərinə görə, yaxın vaxtlarda Naxçıvan Avtomobil Zavodunda məşhur avtomobil markalarından birinin pikap və elektromobillərinin yığılmasına başlanacaq. Belə ki, şirkətin Azərbaycanda məqsədi təkcə zamanın tələblərinə cavab verən tanınmış markalarının məşhur brendlərini satmaq deyil, həm də müasir enerjiyə qənaət edən avtomobillərin Azərbaycanda yığılması üçün qabaqcıl texnologiyalardan istifadə etməkdir. Şirkətin Azərbaycan bazarında çoxillik təcrübəsi isə bu layihənin də uğurla həyata keçirilməsinə heç bir şübhə yaratmır.

Son xəbərlər