Qəbələdə qanunsuz tikinti sökülüb
Qəbələdə qanunsuz tikinti sökülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Belə ki, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Zarağan kəndi ərazisində fiziki şəxs Əmrahov Habil Əli oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Qalereya
Oxşar xəbərlər
Naxçıvanda yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib
Naxçıvanda dəm qazından 20-dən çox şəxs zəhərlənib. Hadisə Babək rayonunun Kültəpə kəndində yas mərasimində baş verib. İlkin məlumata görə, zərərçəkmişlər Naxçı...