Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci il dekabrın 25-də Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
“İnstagram”dakı şəkillərə görə anasını və bacısını öldürdü: “Razin”dəki qətlin TƏFƏRRÜATI
2019-cu il dekabrın 13-də Bakıxanov qəsəbəsində “Uğur” Yaşayış kompleksi, bina 8, mənzil 71-də baş verən qətlin istintaq materialları əldə olunub. Baş verən qət...