Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir - VİDEO

17
avq
2022
10:40
Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.
Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.
Yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Azərbaycanda yanğınların söndürülməsinə amfibiya təyyarəsi, 2 helikopter cəlb olunub - VİDEO
Azərbaycanın şimal və şimal-qərb regionlarında bəzi meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. BAKU.WS xəbər...
