Qazinin həyat yoldaşının 8-ci mərtəbədən yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanılıb

Könül İbrahimlinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, iyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Qeyd edək ki, Könül İbrahimli bir neçə ay əvvəl İkinci Qarabağ Müharibəsinin qazisi ilə ailə həyatı qurub. Qızın valideynləri iddia edib ki, qızları yıxılmayıb, həyat yoldaşı onu itələyərək ölümünə səbəb olub.
Oxşar xəbərlər
İynədən şoka düşən Xocalı sakini ölüb
Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə qeydə alın...