Qazaxda meyiti tapılan qadınla bağlı şok məlumat: uşağı boğub öldürüblər

27
iyn
2016
13:17
Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilindiyinə görə iyunun 23-də tutulmuş keçmiş əri Eldəniz Babayevin daha bir əməli üzə çıxıb.
BAKU.WS Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Qazax Rayon Polis Şöbəsi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə E.Babayevin E.Tanrıverdiyevanın azyaşlı qızı Fatiməni də boğma yolu ilə qətlə yetirməsi müəyyən edilib. Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılıb.
Araşdırmalar davam etdirilir.
BAKU.WS

Oxşar xəbərlər
DİN qətlə yetirilən qadınla bağlı müraciət yaydı - FOTO (ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN)
Daxili İşlər Nazirliyi (DİN) Qazaxda törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 19-da səhər...