Qazaxda 3 ədəd mərmi tapılıb - FOTO
12
noy
2019
21:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda 3 ədəd mərmi tapılıb.Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BAKU.WS-ə verilən məlumata görə, 2019-cu il 12 Noyabr tarixində saat 10:53-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonunun Cəfərli və Köhnə Qışlaq kəndləri ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə Cəfərli kəndinin ərazisinə baxış zamanı 2 ədəd 45 mm-lik top mərmisi (BR-240) və 1 ədəd tərkibində partlayıcı maddə olmayan 125 mm-lik top mərmisi (OF-26), Köhnə Qışlaq kəndinin ərazisinə baxış zamanı isə 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Top mərmilərinin ətrafında 350 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda məktəbin yaxınlığında aviabomba tapıldı - FOTO
Nərimanov rayonu ərazisində partlamamış sursat aşkarlanıb. ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, 2019-cu il 11 oktyabr tarixində saat 16:42-də Daxili İşlər...