Qaz limiti yanvarın 8-də yenilənib - Abonentlər narazıdır - VİDEO
11
yan
2019
08:40
Yevlaxın Malbinəsi kəndinin sakinləri qaz sayğaclarının son oxunma tarixindən narazıdırlar. Söhbət ondan gedir ki, yanvarın 1-dən etibarən abonentlərə yeni limit verilməli olduğu halda, vətəndaşların ünvanına bildiriş yanvarin 8-də oxunan sayğaca əsasən gəlib. Yəni limiti keçən vətəndaşlar 8 günün sərfiyyatina görə hər kub üçün 10 yox, 20 qəpiklə ödəniş etməyə məcbur olublar.İlin əvvəlində abonentlərə qaz sərfiyyatı üçün yeni limit verilsə də, Yevlaxın Malbinəsi kəndinin bəzi sakinlərinə bu limit 8 gün gec verilib. Buna səbəb əraziyə nəzarət edən ''Azəriqaz'' İstehsalat Birliyinin əməkdaşının sayğac göstəricisini yanvarın 8-də oxumasıdır.Sakinlər iddia edirlər ki, bu hal onların daha çox pul ödəməsinə səbəb olub. Çünki onlar 8 günə görə qazın hər kubu üçün 10 yox, 20 qəpikdən pul ödəməli olublar.Sakinlərə göndərilən əksər bildirişlərdə son oxunma tarixi 8 yanvar olaraq göstərilib.Məsələ ilə bağlı ''Azəriqaz'' İstehsalat Birliyinin sözçüsü İbrahım Kərbalayev ''Xəzər Xəbər''ə bildirdi ki, mexaniki tipli qaz sayğaclarında qeydiyyatın aparılması növbəti ildən etibarən 4 iş günü ərzində həyata keçirilir. 1, 2, 5 və 6 yanvar tarixləri qeyri-iş günü olduğundan ayın 8-də göstəricinin oxunması tam qanunidir.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Qazın limitiylə bağlı YENİ XƏBƏR - RƏSMİ AÇIQLAMA
2018-ci ildə olduğu kimi 2019-cu ilin yanvar ayının 1-də qaz sərfiyatıyla bağlı bütün abonentlərə yeni limit veriləcək.Məsələ ilə bağlı Metbuat.az-a açıqlama ve...