Qaynını çəkiclə öldürən şəxsin etirafı - Hökm oxundu - VİDEO
Bakıda qaynını öldürən Eldar Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum olunub.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2018-ci il martın 28-i saat 16 radələrində Binəqədi RPİ-nin əməkdaşları Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsindəki 2 saylı binanın arxasında kök, qana bulaşmış naməlum kişi meyiti aşkar ediblər.
Polislərə yaxınlaşan paytaxt sakini Eldar Məmmədov çəkici onlara təqdim edərək, qaynını vurduğunu bildirib. Yaralanan şəxsi Təcili Tibbi Yardım briqadası xəstəxanaya aparıb. Mərkəz Quluyev aldığı travmadan aprelin 17-də vəfat edib.
İstintaq zamanı müəyyən edilib ki, Eldar Məmmədov qayını - Mərkəz Quluyevin 32.000 dollar məbləğində pul tələbinə dair iddia ərizəsi əsasında Binəqədi rayon məhkəməsində baxılan borc öhdələyindən yaxa qurtarmaq üçün sonuncunu öldürmək qərarına gəlib.
Bu məqsədlə martın 28-də məhkəmə iclasına çağırılan vaxt selofana bükülmüş çəkiclə silahlanaraq saat 15:30-da Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsi, 2 ünvanına çatıb.
Binanın arxasında məhkəmə prosesinə gələn Mərkəz Quluyevə qəfildən hücum edib, sol yan tərəfdən baş nahiyyəsinə bir neçə zərbə vurub. Aldığı xəsarətlərdən yerə yıxılan qohumunun yalvarıb imdad diləməsinə məhəl qoymayaraq küt alətlə xəsarətlər yetirməkdə davam edib.
İş üzrə dindirilmiş Eldar Məmmədov bildirib ki, 1991-ci ildə Binəqədi rayonunun Azadlıq prospektindəki 32№li binada 4 otaqlı mənzil alıb.
Mənzil arvadının adına olsa da, ailəsi və 2007-ci ildən qayını Mərkəz Quluyev orada qeydiyyatda olublar. 2008-ci ilin dekabr ayında qayını ilə aralarında ailə-məişət zəminində mübahisə yaranıb.
Belə ki, o, 90-cı illərdə işləmək üçün tez-tez Rusiyaya gedib-gəlib və orada ticarətlə məşğul olub. Əldə etdiyi pula özünə Bakıda əlavə mənzil alıb.
Qayını isə hər dəfə ona minnət edib ki, guya pulları onun hesabına qazanıb. 2007-ci ildə Mərkəz Rusiyaya gedərkən özünə məxsus 32.000 dollar məbləğində pulu saxlamaq üçün ona verib, bir müddətdən sonra o da ailəsi ilə birlikdə işləmək üçün qohumunun yaşadığı Volqoqrad şəhərinə gedib.
Təxminən 1 il orada işləyib, Mərkəzin pulundan da 12000 dolları qaytararaq ailə üzvləri ilə geri qayıdıb. Daha sonra işləmək üçün Türkiyəyə yollanıb.
Bakıda olmadığı müddətdə Mərkəz gələrək ailəsindən pulun qalan hissəsini, yəni 20.000 dolları da götürüb. Buna baxmayaraq qayını sonradan həmin məbləğin qaytarılmasını danıb və mənzilini onun hesabına aldığını iddia edərək həmin evi tələb edib.
Mərkəz ona qarşı məhkəmədə çoxsaylı iddialar qaldırıb, mənzilin sənədlərini götürüb özündə saxlayıb. İddialar haqsız olaraq məhkəmə instansiyaları tərəfindən təmin olunub.
Ona məxsus Binəqədi rayonu, 7-ci mikrorayon S.S.Axundov küçəsindəki ev 2011-ci ildə satışa çıxarılıb və satışdan əldə olunmuş puldan 10.000 dolları məcburi qaydada qayınına ödəməyinə baxmayaraq Mərkəz Eldarı və ailəsini Azadlıq prospektindəki mənzilinə buraxmayıb.
Bu səbəbdən Eldar Məmmədov Mərkəz Quluyevə qarşı məhkəmədə iddia qaldırıb, məhkəmə iddianı təmin edərək, onların mənzildə yaşamaq hüquqlarını tanıyıb və məhkəmə icraçılarının iştirakı ilə həmin mənzildə yerləşdiriliblər. Amma orada yaşadığı müddətdə qohumu hər dəfə ona sataşıb, səbəbsiz münaqişələr yaradıb, hətta bir dəfə yalandan оnu döyməkdə günahlandırıb.
Quluyev yeni ərizə ilə guya borclu olduğu məbləğin indeksasiya dərəcəsini qaldıraraq, məbləğini artıq 51.000 dollaradək şişirdib.
2013-cü ildə ona qarşı CM-nin 306-cı maddəsi ilə cinayət işi başlanılaraq 2.000 manat məbləğində cərimə cəzasına məhkum edilib, lakin 2016-cı ildə amnistiya qərarına əsasən həmin cəzadan azad olunub. Azadlıq prospektindəki evi ailə üzvləri ilə birlikdə könüllü sürətdə Мəzkəzin xeyrinə imtina etməyə razı olmalarına baxmayaraq, sonuncu onlardan əl çəkməyib.
2018-ci il martın 28-də Mərkəzin verdiyi “borcun növbəti indeksasiyası” haqqında iddia ərizəsi əsasında Binəqədi rayon məhkəməsinə çağırılıb.
Saat 16 radələrində məhkəmənin inzibati binasına aparan yolda Quluyevlə rastlaşdıqda qohumu onu hədələməyə başlayıb.
Aralarında söz mübahisəsi yaranıb. Sonra da məlum hadisə baş verib. Eldar Məmmədov əlavə edib ki, qayınını öldürmək məqsədi olmayıb, çəkici və digər alətləri həmin gün tanışının evində təmir işləri aparmaq üçün özü ilə götürüb.
Qalereya
Oxşar xəbərlər
Bakıda dəhşətli qətl: “Cəsədi doğrayıb gizlətmək qərarına gəldim"
Rəfiqəsini xüsusi amansızlıqla qətlə yetirən qadın: "Çəkici götürüb arxadan ona yaxınlaşdım, bir neçə dəfə başından zərblə vurdum, yerə yıxıldı. Kalqotkanı boğa...