Qaxda yük maşınının vurduğu azyaşlının son durumu AÇIQLANDI

Qaxda yük maşınının vurduğu azyaşlının son durumu AÇIQLANDI
Hadisə 78

Qaxda yük maşınının vurduğu azyaşlının son durumu açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Yanvarın 2-də saat 22:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (qadın cinsli) azyaşlı Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona baş beyin silkələnməsi, döş qəfəsinin, qarnın, beldən aşağı hissənin və çanağın səthi travmaları diaqnozu təyin edilib.

Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər