Qaxda meşədə itkin düşən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin kimliyi məlum olub.
BAKU.WS xəbər verir ki, həmin şəxs İlisu kənd sakini, 1993-cü il təvəllüdlü Rəhman Sədrəddin oğlu Kamallıdır.
O, iyul ayının 23-də rayonun Sarıbaş kənd sakini Ramazan adlı çoban tərəfindən həmin kənd yaxınlığındakı “Alagöz” yaylağına fermada işləmək üçün aparılıb.
Həmin gündən etibarən onun itkin düşdüyü ehtimal edilir.
Hazırda FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.
***15:31
Qaxda meşədə bir nəfər itkin düşüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə naməlum şəraitdə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.
Oxşar xəbərlər
Xızıdakı yanğının təfərrüatları açıqlanıb - YENİLƏNİB-4
Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb. Bu barədə BA...