Qaxda hamilə qadın özünü öldürmək istədi

26
avq
2019
13:45
Qax rayonunun Turaclı kəndində hamilə qadın özünə xəsarət yetirib.BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarında A.Vəliyeva bədəninin müxtəlif nahiyələrini yaralayıb.Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına baş və sifətin cırılmış-kəsilmiş yaraları diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsində olan xəstə koma vəziyyətindədir.Anası bildirib ki, A.Vəliyeva ailəsi dağıldığı üçün özünü öldürmək istəyib:“Ötən ilin noyabr ayında ailə qurub, 4-5 gün olar ki, ailəsindən ayrılıb atası evinə gəlib”.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, xəstənin başın müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri olub və xəstənin huşu özündə olmayıb.Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib.Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb.Hazırda reanimasiya şöbəsindədir vəziyyəti orta-ağır stabil qiymətləndirilir.
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT - Kişi hamilə arvadına 19 bıçaq zərbəsi vurdu
Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa q...
