Qaxda ayı rayon sakininə xəsarət yetirib
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda ayı rayon sakininə xəsarət yetirib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıbaş kəndində, dağlıq ərazidə baş verib.
Belə ki, kənd sakini Fəxri Şahmiddin oğlu Babayev çobanlara atla ərzaq apararkən ayı hücumuna məruz qalıb. Ayı Fəxri Babayevi atdan salmaq istəyən zaman o, heyvanı təpiklə uzaqlaşdırmaq istəyib. Bu zaman ayı onun ayaqlarını dişləyib. Özünü itirməyən F.Babayev onu qorxuda bilib və ayı ərazidən qaçaraq uzaqlaşıb.
F.Babayev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və ambulator müalicə almaq şərtilə evə buraxılıb.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...