Qaxda avtomobil 74 yaşlı piyadanı vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda 74 yaşlı kişini avtomobil vurub, vəziyyəti ağırdı.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.
Qax rayonunun Qaxbaş kənd sakini Əfəndi Heydərov idarə etdiyi KIA markalı avtomobillə piyada - Qax şəhər sakini İsmət Bayram oğlu Mustafayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İ.Mustafayev Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib. İ.Mustafayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...