Qardaşını qətlə yetirən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Qardaşını qətlə yetirən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Hadisə 130

Oğuzda qardaşını qətlə yetirən şəxsə cinayət işi başlanılıb.

Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 2-si saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə istintaq davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər