Qardaşından boşanmış bacısına qarşı AĞLASIMAZ ƏMƏL - Azərbaycanda DƏHŞƏT
26
iyl
2018
12:50
Goranboy rayonunda 7 il əvvəl qətl törətməkdə təqsirli bilinən Aydın Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.İttihama görə, bu ilin martın 29-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Goranboy rayonunda 2011-ci ildə baş verən ağır cinayətin üstü açılıb.Həmin gün 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.Araşdırma zamanı məlum olub ki, Rəxşəndə Hüseynova 2011-ci ildə qardaşı - 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb.Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən Aydın Hüseynov saxlanılıb.Rəxşəndə Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi, dəfələrlə xarici ölkələrə getməsi qardaşları tərəfindən narazılıqla qarşılanıb.Rəxşəndə Hüseynova həyat tərzi ilə bağlı qardaşının iradlara məhəl qoymayıb, nəticədə 2011-ci ildə Aydın Hüseynov onu boğaraq qətlə yetirib.Rəxşəndə Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.İstintaq orqanı tərəfindən Aydın Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.İttihama münasibət bildirən Aydın Hüseynov törətdiyi əməli etiraf edib. O, ittiham üzrə özünü qismən təqsirli bilib.Aydın Hüseynov bacısını yüngül həyat tərzi keçirməsi, tez-tez xarici ölkələrə özbaşına səfərlərə getməsinə iradını bildirib.O, qeyd edib ki, bununla bağlı dəfələrlə bacısına iradını bildirib: “Sonuncu dəfə də bacımla mübahisəmiz oldu. O, xaricə getmək istəyirdi. Mən isə ona həyat tərzini dəyişməsini tələb etdim. Amma dediklərimə məhəl qoymadı. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Bacımı boğdum. Onun öldüyünə əmin olandan sonra meyitini basdırdım ki, cinayətin izi itsin”.Növbəti proses iyulun 31-də davam edəcək.BAKU.WS
Oxşar xəbərlər
Qəbələdə oğlandan İNANILMAZ HƏRƏKƏT: tanış qızları kişilərlə görüşdürdü və...
Qəbələ rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən İlham Abdurzakovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.BAKU.WS “publika.az”a istinadən...