ATV-nin aparıcısı fəlakət zonasında: "Qardaşımla bu insanlara kömək edirəm"
11
sen
2017
17:37
ABŞ-ın Florida ştatında "İrma" qasırğasının törətdiyi fəlakət zonasında ATV-nin aparacısı Ranar Musayev də insanlara yardım edib.BAKU.WS-in məlumatına görə, aparıcı bununla bağlı İnstagram səhifəsində video paylaşıb. O bildirib ki, qasırğa nəticəsində insanların evi tamamilə yararsız vəziyyətə düşüb. “Mən də qardaşımla insanlara könüllü olaraq kömək edirəm. Yalnız xüsusi sığortası olan evlerin sahibləri, sığorta (xüsusi sığortadan söhbət gedir – red.) şirkətlərindən pulla təmin olunacaq. O da demək olar ki əksər evlərdə yoxdur, çünki bu həcmdə fəlakət bu zona üçün gözlənilməz idi. Onun üçün əksər evlərin sahibləri, öz problemlərini özləri həll etməlidir”, - deyə aparıcı bildirib. Qeyd edək ki, 210 kilometr sürətlə hərəkət edən qasırğa Floridanın cənub sahillərində intensivliyi artırıb. Rəsmi qurumlar qasırğanın təsirinin nisbətən azaldığını bildirib. Məlumata görə, qasırğa Florida ştatının şimal-qərbində təxminən 160 kilometr saat sürətlə təxminən 3 milyon əhalisi olan Tampa istiqamətində hərəkət edir. Qasırğanın keçdiyi ərazilərdə dəhşətli mənzərələr meydana gəlib. BAKU.WS
Oxşar xəbərlər
ABŞ-da qiyamət əlaməti - insanlar şəhərlərdən qaçır, evlər dağılır (VİDEO)
ABŞ-ın Florida ştatında "İrma" qasırğasının törətdiyi fəlakət kameralara düşüb. BAKU.WS-in məlumatına görə, 210 kilometr sürətlə hərəkət edən qasırğa Floridanın...