Qaradağda körpünü sel apardı, giriş-çıxış dayandı - ALTERNATİV YOL ÇƏKİLİR
Qaradağ rayonu Çaylıdağ qəsəbəsində güclü yağışların yaratdığı sel fəsadlara səbəb olub.
BAKU.WS-in məlumatına görə, qəsəbəyə giriş üçün yeganə yol olan körpünü sel suları yuyub aparıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti tam dayanıb.
Hazırda sakinlər qəsəbəyə daxil ola və ya oradan çıxa bilmirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Bildirildi ki, körpünün bir hissəsi uçub. Hazırda əməkdaşlarımız tərəfindən körpünün yanından alternativ yolun çəkilməsi işləri həyata keçirilir. Körpü tam bərpa olunana qədər vətəndaşlar həmin alternativ yoldan istifadə edə biləcəklər"
Alternativ yolun bərpasının bu gün başa çatacağı bildirilir.
Oxşar xəbərlər
Yeni Günəşlidə "şəlalə" - İçməli su qayalığa fışqırır
Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" yaşayış massivi 29 ünvanında d110mm su xəttində baş vermiş qəzanın aradan qaldırılıb. Bu barədə BAKU.WS-ə Azərbaycan D...