Qarabağ adı altında "xidmətlər" - Jurnalistə hücum çəkdilər, polis işə qarışdı (VİDEO)
03
may
2018
16:52
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində ötən günün mübahisəli buraxılışının ardı tamaşaçılara təqdim edilib. Nəsimi rayonu Alı Mustafayev küçəsində yaşayan sakinlər kafelərin əlindən təngə gəliklərini bildiriblər. Yazmadıqları qrum qalmadığını qeyd edən şikayətçilər Space Tv-yə müraciət ediblər. Araşdırmalardan sonra teleaparıcı Amil Xəlil adı çəkilən kafelərə yollanıb. Kafelərdə ciddi təziqlərə məruz qalan aparıcıya yoldan keçən polis əməkdaşları köməklik edib. Kameraya da əl uzadan "QARABAĞ" kafesinin sahibi ona ciddi ziyan vurub. Bu da yetməmiş kimi təhdidlərin ardı arası kəsilmir: "Yaxşı edirik. Gedin kimə deyirsiz, deyin!" Daha sonra digər kafenin sahibəsi də Amil Xəlilə yaxınlaşaraq təkbətək söhbət etməyə çalışır. Görünən odur ki, rüşvətlə nəyinsə üstünü öt-basdır etməyə çalışır. Bizdə musiqi olmur deyən xanımın kafesindən biraz sonra musiqiçilər çıxıb qaçmağa başlayır. Jurnalistlərə hücum edən şəxs polis əməkşaları tərəfindən bölməyə aparılır. Verilişdə "QARABAĞ" və işğal olunmuş bölgələrin adları ilə açılan kafelərlə bağlı da maraqlı şərh tamaşaçılara tədim edilib.Qeyd edək ki veriliş həftə içi hər gün saat 19:55-də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır. Bu axşam saxta dərmanlardan danışılıb maraqlı reyd tamaşaçılara təqdim ediləcək. BAKU.WS
Oxşar xəbərlər
Space TV-nin əməkdaşlarına hücum edildi, kamera sındırıldı (VİDEO)
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin aparıcısına yenə də hücum edilib. 1 may tarixində yayımlanan buraxılış yaşayış binalarının 1-ci mərtəbəsində g...