“Qara bazar”da dollar reydi: İki nəfər saxlanıldı, biri qaçdı - VİDEO/FOTO

“Qara bazar”da dollar reydi: İki nəfər saxlanıldı, biri qaçdı - VİDEO/FOTO
Video
Hadisə 2100
 

Məlum olduğu kimi, banklarda dollar satışının məhdudlaşdırılması "qara bazar”ın canlanmasına səbəb olub. Ən məşhur qara bazar isə "28 May” metrostansiyasının arxasında fəaliyyət göstərir. 

Bu ərazidə Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq reydlər keçirir. Bu gün də axşam saatlarında "qara bazar”da qeyri-qanuni fəaliyyət göstərən dollar alverçilərinə qarşı reyd keçirilib, onlardan ikisi saxlanılıb.

Musavat.com-un əməkdaşı əməliyyat anının şahidi olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 10 saylı inzibati ərazi şöbəsinin əməkdaşları "qara bazar" alverçilərindən ikisini saxlayıblar və bölməyə aparıblar. 

Heç bir etiraz etmədən rahat şəkildə polis əməkdaşı ilə birgə bölməyə getməyə razılaşan şəxslərdən biri qaçmağa müvəffəq olub. O, cəld tərpənərək, metro keçidinə düşüb. 

Təəccüblüsü isə odur ki, polis əməkdaşları da onu təqib etməyiblər və digər iki alverçini bölməyə aparıblar. 

Qeyd edək ki, "qara bazar”ın fəaliyyət göstərməsi qanunla qadağandır.

BAKU.WS

Oxşar xəbərlər

"Qara bazar"da dollar ucuzlaşdı - QİYMƏT

"Qara bazar"da dollar ucuzlaşdı - QİYMƏT

Banklar tərəfindən ABŞ dollarının satışının məhdudlaşdırılması nəticəsində dollar kütləsinin alınıb-satıldığı «qara bazarda» məzənnələr bir qədər azalıb. Fins...

10346 İqtisadiyyat 14:15 05 sentyabr 2016

Son xəbərlər