Qarşı yola çıxan sürücü ağır qəzaya düşdü: özü və 13 yaşlı qız öldü (VİDEO)

Qarşı yola çıxan sürücü ağır qəzaya düşdü: özü və 13 yaşlı qız öldü (VİDEO)
Video
Hadisə 2071

 

Rusiyada dəhşətli yol qəzası baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə Yekaterinburqda qeydə alınıb. 34 yaşlı sürücü avtomobilin idarə etməsini itirərək yüksək sürətdə qarşı yola çıxıb.

Qarşıdan gələn 52 yaşlı qadının idarə etdiyi avtomobillə toqquşub. Qəza nəticəsində sürücü və yeniyetmə sərnişin hadisə yerində dünyasını dəyişib. Digər avtomobilin qadın sürücüsünün isə körpücük sümüyü sınıb. 

Avtomobildə olan 13 yaşlı yeniyetmə qız tanışı ilə istirahətdən qayıdırdı. Sürücünün xahişə baxmayaraq qız arxa salonda deyil, öndə oturub. 

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər